Burada sizin reklamınız ola bilər

Pakistanda qatar avtobusla toqquşdu: 19 ölü, 8 yaralı
03 İyul 2020 , 17:11

Pakistanda qatar avtobusla toqquşdu: 19 ölü, 8 yaralı


Pakistanda dəhşətli qəza baş verib.

 

Primetime.az xəbər verir ki, ölkənin şərqində qatar sərnişin avtobusu ilə toqquşub. Verilən məlumata görə, qəza nəticəsində 19 nəfər həyatını itirib, 8 nəfər yaralanıb. Yaralılar ətrafdakı xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. 

 

Polis rəsmiləri verilən açıqlamada Pəncab əyalətindəki Şeyxupura bölgəsində qatarın zəvvarları daşıyan avtobusla toqquşduğunu bildirib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR