Burada sizin reklamınız ola bilər

Azərbaycanlı futbolçu Estoniya Kubokunu qazana bilmədi
04 İyul 2020 , 20:58

Azərbaycanlı futbolçu Estoniya Kubokunu qazana bilmədi


Futbol üzrə Estoniya Kubokunda final oyunu keçirilib. 

 

Primetime.az xəbər verir ki, həlledici görüşdə "Flora" və "Narva Trans" komandaları üz-üzə gəlib. Tallindəki "A. Le Kok Arena"da təşkil olunmuş qarşılaşma "Flora"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

 

"Narva Trans"ın qolunu vaxtilə "Xəzər Lənkəran", AZAL və "Zirə"də çıxış etmiş Sadio Tounkara vurub. Malili cinah oyunçusunun azərbaycanlı komanda yoldaşı Nurlan Novruzov isə meydana 70-ci dəqiqədə daxil olub və 86-cı dəqiqədə sarı vərəqə alıb.  

 

Qeyd edək ki, "Flora" tarixində 8-ci dəfə Estoniya Kubokuna sahib olub. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR