Burada sizin reklamınız ola bilər

İranda maska taxmaq məcburi oldu
04 İyul 2020 , 21:29

İranda maska taxmaq məcburi oldu


İranda küçədə maska taxmaq məcburi olub.

 

Primetime.az xəbər verir ki, son günlərdə artan yoluxma sayı səbəbi ilə alınan qərara görə, maskadan istifadə etməyənlərə xidmət göstərilməyəcək. Prezident Həsən Ruhani açıqlamasında koronavirus tədbirləri çərçivəsində maska taxmayan işçilərin iş yerinə girişinə icazə verilməyəcəyini və işə gəlməmiş hesab olunacağını bildirib. 

 

Qeyd edək ki, İranda Kovid-19 nəticəsində ölənlərin sayı 11.408-ə, virusa yoluxanların sayı isə 238 minə çatıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR