Burada sizin reklamınız ola bilər

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb
04 İyul 2020 , 21:46

Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub, sürücü yaralanıb


Bakı-Qazax magistralının 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Primetime.az apa-ya istinadən xəbər verir ki, Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş  “HOVO” markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iribuynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi  “VOLVO” markalı TIR arxadan ona çırpılıb. 

 

Nəticədə daşla yüklənmiş yük avtomobili aşıb, mişar daşları yola tökülüb. 

 

“HOVO” markalı yük avtomobilinin sürücüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR