Burada sizin reklamınız ola bilər

Ukrayna klubunda 13 futbolçu koronavirusa yoluxub
05 İyul 2020 , 18:13

Ukrayna klubunda 13 futbolçu koronavirusa yoluxub


Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

 

Primetime.az-ın məlumatına görə, Zaporojye klubu futbolçularının test nəticələri ürəkaçan olmayıb.

 

Testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Klubun mətbuat xidməti virusa yoluxanların vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Həmin oyunçulardan 5-i xəstəxanaya yerləşdirilib, 8-i isə evində həkim nəzarətindədir.

 

Qeyd edək ki, Ukrayna birinci liqasının XXIV turunda baş tutmalı olan "Rux" - "Metallurq" oyunu təxirə salınıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR