Burada sizin reklamınız ola bilər

Şahzadə Harri və Meqan Markldan kraliyyət ailəsindən imtina üçün daha bir qərar
05 İyul 2020 , 20:54

Şahzadə Harri və Meqan Markldan kraliyyət ailəsindən imtina üçün daha bir qərar


Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kraliyyət ailəsinə məxsus "SussexRoyal" xeyriyyə fondunu rəsmi olaraq bağlayıblar.

 

Primetime.az xəbər verir ki, İngiltərə mətbuatında Meqan və Harrinin fondun ləğvi üçün sənədlər təqdim etdiyi barədə məlumatlar dərc edilib. Hazırda fond İngiltərədə müstəqil qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir.

 

Bildirilib ki, "SussexRoyal" təşkilatının bağlanışının son mərhələsində bütün təsisçilər istefa edəcək, yalnız direktor və qurucu kimi Şahzadə Harri qalacaq.

 

Xatırladaq ki, titulların istifadəsinə qoyulan qadağadan sonra Meqan və Harri övladları Arçinin adını daşıyan başqa bir xeyriyyə fondunun yaradıldığını elan ediblər.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR