Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
05 İyul 2020 , 22:06

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


Hazırda Azərbaycanda 8 332 aktiv koronavirus xəstəsi var.

 

Bu barədə Primetime.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

 

Məlumata görə, onlardan 348 nəfəri reanimasiyada, 60-ı isə süni tənəffüs cihazındadır.

 

Qeyd edilir ki, son sutkada koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722 test aparılıb. Bununla da ölkədə indiyədək aparılmış koronavirus testlərinin sayı isə 516 533-ə çatıb.

 

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR