Burada sizin reklamınız ola bilər

AFFA dörd komandanın məşqlərə başlamasına icazə verildi
07 İyul 2020 , 15:15

AFFA dörd komandanın məşqlərə başlamasına icazə verildi


AFFA dörd klubun avrokuboklarda iştirak üçün məşq etməsinə icazə verildiyini təsdiqləyib.

 

Bu barədə Primetime.az-a  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib:

 

“Avrokuboklarda Azərbaycanı təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” məşqlərə icazə verilməsi üçün AFFA-ya müraciət etmişdi. Biz də müvafiq olaraq Gənclər və İdman Nazirliyinə bu barədə bildirmişdik. 

 

Artıq Nazir Azad Rəhimov bu dörd komandanın məşq keçməsi üçün bizə razılıq verildiyini bildirib. Nazir həmin klubların sərt karantin rejiminin tətbiq olunmadığı rayonlarda məşq keçməsi üçün heç bir problemin olmadığını deyib. Həmin rayonun hansı olacağını mən deyə bilmərəm. Bu, klubların öz seçimindən asılıdır”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR