Burada sizin reklamınız ola bilər

Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanıldı
07 İyul 2020 , 18:46

Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanıldı


Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KIA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayımlayıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Primetime.az-a bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb.

 

"Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb."

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR