Burada sizin reklamınız ola bilər

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs həbs edildi
07 İyul 2020 , 19:25

Bakıda hərbçiyə qarşı hörmətsizlik edən şəxs həbs edildi


Bakıda karantin zamanı hərbçini təhqir edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Primetime.az xəbər verir ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayon məhkəməsinin qərarı ilə inzibatı qaydada 30 sutka həbs edilib.

 

Faktı Bakı şəhər Baş Polis İdarəsi təsdiqləyib.

 

Qayd edək ki, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirib və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayıb. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR