Burada sizin reklamınız ola bilər

Karantini pozan taksi sürücüsü saxlanıldı
07 İyul 2020 , 19:39

Karantini pozan taksi sürücüsü saxlanıldı


Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

 

Bu barədə Primetime.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

 

O qeyd edib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci  maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR