Burada sizin reklamınız ola bilər

Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapıldı
07 İyul 2020 , 23:01

Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapıldı


Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən Primetime.az-a verilən məlumata görə, S.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Faciənin səbəbləri araşdırılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR