Burada sizin reklamınız ola bilər

Azərbaycan şahmatçısı dünya çempionu ilə qarşılacaq
08 İyul 2020 , 10:59

Azərbaycan şahmatçısı dünya çempionu ilə qarşılacaq


Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.

 

Primetime.az xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək.

 

Səkkizdəbir finalda şahmatçımızın rəqibi dünya çempionu, çinli Venjun Ju olacaq. Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.

 

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR