Burada sizin reklamınız ola bilər

BNA tender məsələsinə aydınlıq gətirdi
08 İyul 2020 , 14:31

BNA tender məsələsinə aydınlıq gətirdi


Son günlər sosial şəbəkələrdə “Alpina Parking Consulting” MMC-nin Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır. Bunu nəzərə alaraq bir neçə məqamı diqqətə çatdırım.

 

Primetime.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib.

 

Onun sözlərinə görə, şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır.

 

Bundan başqa, düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlb ediciliyini daha da artırır.

 

"Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır. Tenderin qalibi olan Alpina şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edib internet resurslarında araşdırma aparmaq yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən.

 

Məlumat üçün bildirim ki, Alpina Parking Consulting MMC şirkəti 1997-ci ildə yaradılan Alpina şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir", - deyə BNA rəsmisi bildirib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR