Burada sizin reklamınız ola bilər

Kolumbiyada benzin tankeri partladı: Ölənlər və yaralananlar var
08 İyul 2020 , 14:37

Kolumbiyada benzin tankeri partladı: Ölənlər və yaralananlar var


Kolumbiyada qəzaya uğrayan benzin tankeri partlayıb.

 

Primetime.az xəbər verir ki, hadisə Barranquilla şəhərinin 65 km şərqində yerləşən Pueblo Viejo bölgəsində baş verib. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, azı 40 nəfər yaralanıb. Polis qəzanın səhər saatlarında sürücünün yuxuya getməsi səbəbi ilə gerçəkləşdiyini bildirib. Partlayış zamanı ölənlərin sayının bu qədər çox olmasına benzin oğurlamağa gələn insanların səbəb olduğu ifadə olunub. 

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR