Burada sizin reklamınız ola bilər

Millinin baş məşqçisi iki gün sonra bəlli olacaq
08 İyul 2020 , 14:51

Millinin baş məşqçisi iki gün sonra bəlli olacaq


İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. 

 

Primetime.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə daxil olan əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Gündəlikdə digər məsələlər də yer alıb.

 

Qeyd edək ki, hazırda əsas namizədlər əcnəbilərdən italiyalı Canni De Byazi, irlandiyalı Roy Kin və ötən ildən millimizdə məşqçi kimi çalışan azərbaycanlı mütəxəssis Arif Əsədovdur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR