Burada sizin reklamınız ola bilər

186 həmyerlimiz çarter reysi ilə Dubaydan vətənə qayıtdı
08 İyul 2020 , 23:37

186 həmyerlimiz çarter reysi ilə Dubaydan vətənə qayıtdı - FOTO


İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırmışdır.

 

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR