Burada sizin reklamınız ola bilər

Azərbaycan Premyer Liqasında ikinci və üçüncü yerləri tutmuş komandalara medallar təqdim olundu
09 İyul 2020 , 00:02

Azərbaycan Premyer Liqasında ikinci və üçüncü yerləri tutmuş komandalara medallar təqdim olundu


Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub.

 

Primetime.az xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən kütləvi şəkildə keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib.

 

Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirləri sırasında yer alan Baqali Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş Peyman Babayinin mükafatı “Sumqayıt”a verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq.

 

Qeyd edək ki, bir neçə gün öncə “Azersun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi keçirilmişdi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR