Burada sizin reklamınız ola bilər

Azərbaycanda klinikanın şöbə müdiri koronavirusa yoluxdu
08 İyul 2020 , 23:44

Azərbaycanda klinikanın şöbə müdiri koronavirusa yoluxdu - FOTO


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

 

Primetime.az xəbər verir ki, bu barədə onun tanışları məlumat yayıb.

 

Məlumata görə, onda virusa yoluxma bir neçə gün əvvəl baş verib. C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.

 

Xatırladaq ki, ötən gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-nün koronavirusa yoluxduğu açıqlanıb. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR