Burada sizin reklamınız ola bilər

Ağsuda baş verən yanğının yayılmasının qarşısı alındı
09 İyul 2020 , 23:11

Ağsuda baş verən yanğının yayılmasının qarşısı alındı


Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib. Hadisə iyulun 9-da saat 13 radələrində dağ kəndi olan Nüydü yaşayış məntəqəsinin ərazisində olub.

 

FHN-nin Ağsu Yanğından Mühafizə Hissəsindən Primetime.az-a verilən məlumatda bildirilir ki, hadisə yerinə 2 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə göndərilib. Habelə, köməyə qonşu İsmayıllı, Şamaxı və Qobustan rayonlarından, ümumilikdə daha 4 yanğınsöndürən maşın və 27 nəfər canlı qüvvə gəlib. Axşamüstü yanğın olan ərazi tam nəzarətə götürülüb və yanğının yayılmasının qarşısı alınıb. Hazırda közərmə zonalarında və tüstülənən ərazilərdə işlər davam etdirilir.

 

Qeyd edək ki, yanğın biçilmiş taxıl, ot və kol-kos sahələrində baş vermişdir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR