Burada sizin reklamınız ola bilər

Kür çayında batan şəxslərdən birinin cəsədi FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapıldı
09 İyul 2020 , 23:40

Kür çayında batan şəxslərdən birinin cəsədi FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapıldı


Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Primetime.az-a bildiriblər ki, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR