Burada sizin reklamınız ola bilər

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq
10 İyul 2020 , 00:02

Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq


Bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər.

 

Primetime.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

 

O bildirib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.

 

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR