Burada sizin reklamınız ola bilər

“Neftçi” qapıçı ilə müqaviləni yeniləyib
10 İyul 2020 , 16:39

“Neftçi” qapıçı ilə müqaviləni yeniləyib


"Neftçi"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

 

Primetime.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qapıçı Aqil Məmmədovla müqavilə müddəti uzadılıb.

 

31 yaşlı qolkiperlə anlaşmanın müddəti 2 illik olub. Məmmədov 2022-ci ilin yayına qədər "ağ-qaralar”a məxsus olacaq.

 

Qeyd edək ki, "Neftçi"də bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev yeni müqavilə bağlayıb Onlardan Hacıyev "Keşlə"yə icarəyə verilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR