Burada sizin reklamınız ola bilər


11 İyul 2020 , 16:30

"Neftçi" Dabonun mükafatlarını Kiprə göndərir


"Neftçi"nin heyətində Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş medallarını qazanan və 7 qolla çempionatın 4 bombardirindən biri olan Baqali Dabo yaxın günlərdə mükafatlarına qovuşacaq.

 

Bu barədə Primetime.az-a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

 

Klub rəsmisinin sözlərinə görə, həm medal, həm də mövsümün ən sərrast oyunçusu üçün verilən mükafat qarşıdakı 1-2 gün ərzində karqo ilə Kiprə yola salınacaq.

 

Mükafatların şəklini şəxsi "Instagram" səhifəsində paylaşan fransalı hücumçu buna görə AFFA və PFL-ə təşəkkür edib.

 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılan Premyer Liqada Dabo ilə yanaşı, Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") də 7 qol vurub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR