Burada sizin reklamınız ola bilər

Qaret Beyl tribunada yatdı
11 İyul 2020 , 20:52

Qaret Beyl tribunada yatdı


Madrid “Real”ının hücumçusu Qaret Beyl La Liqanın 35-ci turunda “Alaves”ə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkəti ilə diqqət çəkib.

 

Primetime.az xəbər verir ki, oyuna ehtiyatda başlayan uelsli hücumçunu baş məşqçi Zinəddin Zidan 90-cı dəqiqədə 5-ci oyunçu dəyişikliyində də meydana buraxmayıb. Brahim Diasa şans verilməsindən sonra əsəbiləşən və kinayə ilə gülümsəyən 31 yaşlı futbolçu görüşün qalan hissəsini izləmək istəməyib. O, tribunada maskası ilə gözlərini bağlayaraq yatıb.

 

Qeyd edək ki, Beyl bu mövsüm “Real”da 20 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR