Burada sizin reklamınız ola bilər

2500 illik cinayət qazıntı zamanı ortaya çıxdı
13 İyul 2020 , 11:23

2500 illik cinayət qazıntı zamanı ortaya çıxdı


İngiltərənin Bakinqamşayr bölgəsində sürət qatarı xətti üçün edilən qazıntı işləri zamanı əlləri bağlı və üzüüstə olan bir skelet tapılıb.

 

Primetime.az xəbər verir ki, skeletin 2000-2500 il öncə Dəmir Dövründə yaşayan bir kişiyə aid olduğu və sözügedən şəxsin ya cinayətə qurban getdiyi, ya da edam edildiyi ehtimal edilir. 

 

Dəmiryolu layihəsində arxeoloq olaraq işləyən Dr. Raşel Vud Londona təxminən bir saat məsafədəki Vendover qəsəbəsində tapılan skelet üzərində osteoloqlar tərəfindən ediləcək araşdırmaların dəqiq ölüm səbəbini ortaya çıxaracağını deyib. 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR