Burada sizin reklamınız ola bilər

Ucarda oğul atasını qətlə yetirdi
13 İyul 2020 , 12:19

Ucarda oğul atasını qətlə yetirdi


İyulun 10-u saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə əlaqədar Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

 

Ucar rayon Prokurorluğundan Primetime.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən  təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR