Burada sizin reklamınız ola bilər

Con Travoltanın həyat yoldaşı vəfat etdi
13 İyul 2020 , 12:22

Con Travoltanın həyat yoldaşı vəfat etdi


Dünyaca məşhur aktyor Con Travoltanın həyat yoldaşı 57 yaşlı Kelli Preston vəfat edib.

 

Primetime.az xəbər verir ki, bu barədə Travolta sosial şəbəkə hesabında məlumat verib. O, paylaşımında "üzülərək söyləmək istəyirəm ki, gözəl həyat yoldaşım Kelli 2 ildir mübarizə apardığı döş xərçəngi nəticəsində dünyasını dəyişdi" - deyə qeyd edib.

 

Məlumat üçün bildirək ki, Kelli Preston Travolta ilə "The Experts" filminin çəkilişi zamanı tanış olub. Cütlük 5 sentyabr 1191-ci ildə evlənib. Cütlüyün 2 övladı var.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR