Burada sizin reklamınız ola bilər

Mingəçevirdə fəaliyyət göstərən bərbərxana aşkarlandı
13 İyul 2020 , 12:50

Mingəçevirdə fəaliyyət göstərən bərbərxana aşkarlandı


Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Primetime.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub.

 

Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

 

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR