Burada sizin reklamınız ola bilər

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verdi
13 İyul 2020 , 12:59

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verdi


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Primetime.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR