Burada sizin reklamınız ola bilər


14 İyul 2020 , 23:45

"Qalatasaray" 4 ulduz futbolçusu ilə vidalaşmağı planlaşdırır


Koronavirus pandemiyası səbəbindən dayandırılan Türkiyə Super Liqasının bərpasından sonra 8 oyundur qələbə qazana bilməyən "Qalatasaray" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

 

Primetime.az-ın məlumatına görə, ciddi maliyyə problemi ilə üzləşən İstanbul təmsilçisi yüksək məbləğli oyunçularla vidalaşmağı planlaşdırır.

 

Baş məşqçi Fatih Terim artıq 4 oyunçunun yola salınmasına razılıq verib. Bunlar yarımmüdafiəçilər Yunes Belhanda, Rayan Babel və hücumçular Radamel Falkao ilə Mbaye Diandır. Falkao ilə Belhandanın karyerasını müvafiq olaraq ABŞ və Qətərdə davam etdirməsi gözlənilir. Babelin yenidən "Ayaks"a icarəyə verilməsi planlaşdırılırsa, "sarı-qırmızılılar" Dian üçün də təkliflər gözləyir.

 

Qeyd edək ki, "Qalatasaray" sona 2 tur qalmış 52 xalla Super Liqanın 5-ci pilləsində qərarlaşır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR