Burada sizin reklamınız ola bilər

Mahsun Kırmızıgül şəhid generalımızdan yazdı
15 İyul 2020 , 11:37

Mahsun Kırmızıgül şəhid generalımızdan yazdı - FOTO


Türkiyəli müğənni Mahsun Kırmızıgül Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimovdan yazıb.

 

Primetime.az xəbər verir ki, sənətçi mərhumun fotosunu paylaşaraq, onunla bağlı fikirlərini dilə gətirib:

 

"Göstərdiyi xüsusi şücaətə görə ona verilən evi şəhid ailəsinə hədiyyə edən, xidməti maşını nazirliyə təhvil verib, şəxsi işlərinə metro ilə gedən, Azərbaycan siyasətçilərinin nümunə götürməli olduğu dürüst insan General-mayor Polad Həşimov bu gün şəhid olub. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR