Burada sizin reklamınız ola bilər

Dünya çempionatının təqvimi açıqlandı
15 İyul 2020 , 18:23

Dünya çempionatının təqvimi açıqlandı


Beynəlxalq Futbola Federasiyası (FİFA) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı oyunlarının cədvəlini açıqlayıb.

 

Primetime.az xəbər verir ki, oyunların cədvəli təşkilatın saytında dərc edilib.

 

Açılış matçı 21 noyabr 2022-ci ildə Əl-Xaur şəhərində keçiriləcək. Turnirin ev sahibi Qətər komandası bu görüşdə iştirak edəcək. Qrup mərhələsinin oyunları dekabrın 2-dək davam edəcək (gündə dörd oyun. 1/8 final görüşləri dekabrın 3-dən 6-dək, 1/4 final görüşləri 9-10 dekabr, 1/2 final görüşləri isə 13-14 dekabr tarixlərində keçiriləcək.

 

Üçüncü yer uğrunda oyunun 17 dekabrda Dohada "Xəlifə" stadionunda, final oyunun isə 18 dekabr tarixində Lusaildə eyni adlı stadionda keçirilməsi planlaşdırılır.

 

Birinci etap üzrə biletlərin satışına 2020-ci ilin sonundan başlanılacaq. Dünya çempionatı Qətərin 7 şəhərində 8 stadionda keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR