Burada sizin reklamınız ola bilər

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat edib
20 İyul 2020 , 20:35

YUĞ Teatrının keçmiş direktoru koronavirusdan vəfat edib


YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov vəfat edib.

 

Primetime.az xəbər verir ki, bu barədə APA-ya mərhumun qardaşı, professor İsrafil İsrafilov məlumat verib.

 

Onun sözlərinə görə, 69 yaşlı Cəbrayıl İsrafilov bu gün koronavirusdan vəfat edib.

 

Mərhum sabah dəfn ediləcək.

 

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

 

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. 

 

Allah rəhmət eləsin.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR