Burada sizin reklamınız ola bilər

Azərbaycanda valyuta hərracında dollara tələb artıb
23 İyul 2020 , 13:17

Azərbaycanda valyuta hərracında dollara tələb artıb


Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Primetime.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 21-nə nisbətən 0,7 milyon ABŞ dolları və yaxud, təxminən, 1,2% artaraq 60 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR