Azərbaycan samboçusu Vüqar Şirinov 2 illik diskvalifikasiya olub
Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş furosemid maddəsi tapılması səbəb olub.
İdmançıdan alınmış nümunədə qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu təsbit edilib. Yanvarın 14-dən qüvvəyə minmiş cəza 14 yanvar 2022-ci ildə başa çatacaq.