Burada sizin reklamınız ola bilər

Bu il Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
23 İyul 2020 , 17:44

Bu il Azərbaycan əhalisinin gəlirləri açıqlanıb


2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Primetime.az-a verilən məlumata görə, əvvəlki ilin eyni dövrünə nisbətən əhalinin nominal gəlirləri 0,6 faiz artıb.

 

Bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib.

 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24 milyard 706,9 milyon manatlıq vəsait qalıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR