Burada sizin reklamınız ola bilər

Azərbaycanda problemli kreditlər azalıb
24 İyul 2020 , 13:55

Azərbaycanda problemli kreditlər azalıb


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 065,5 milyon manat təşkil edib.

 

Primetime.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 1,8% azdır.

 

Xatırladaq ki, sözügedən göstərici ilin əvvəlinə nisbətən problemli kreditlər 16,3% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 28,3% azdır.

 

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət mayın sonuna 7,3%, ötən ilin sonuna 8,3%, ötən il iyunun sonuna isə 11% olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR