Burada sizin reklamınız ola bilər

Dövlət bankları kredit qoyuluşunda payını artırıb
24 İyul 2020 , 14:14

Dövlət bankları kredit qoyuluşunda payını artırıb


Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 550,7 mln manat təşkil edib.

 

Primetime.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.

 

Kredit qoyuluşunun 11 mlrd 584,2 mln manatı və yaxud 79,6%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 5,6% çoxdur.

 

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 585,6 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 18,5% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,4%-dən 17,8%-ə çatıb.

 

İyunun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 380,9 mln manat olub. Bu isə illik müqayisədə 13,2% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6% təşkil edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR