Burada sizin reklamınız ola bilər

Azərbaycanın istehsal etdiyi film İLKƏ İMZA ATDI
24 İyul 2020 , 16:43

Azərbaycanın istehsal etdiyi film İLKƏ İMZA ATDI - VİDEO


Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Daxildəki ada” “Sarajevo Film Festivalı”nın proqramına daxil edilib.

 

Primetime.az xəbər verir ki, tammetrajlı bədii filmin müəllifi və rejissoru Rüfət Həsənovdur. 14-21 avqust tarixlərində keçiriləcək 26-cı “Sarajevo Film Festivalı”nın jüri prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel Hazanaviçiusdur.

 

Festivalın əsas proqramının jüri heyətinə həmçinin Berlin Film Festivalının bədii rəhbəri Karlo Şatrian, aktrisa Yadranka Dokiç, rejissor Srdan Qoluboviç və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər.

 

Ekran işində baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR