Burada sizin reklamınız ola bilər

Kılıcdaroğlu yenidən CHP sədrı seçildi
25 İyul 2020 , 20:48

Kılıcdaroğlu yenidən CHP sədrı seçildi


Bu gün Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci Fövqəladə Qurultayı keçirilib.

 

Primetime.az-ın  xəbərinə görə, CHP sədri Kamal Kılıcdaroğlu 1 251 səslə 6-cı dəfə partiyanın sədri seçilib.

 

Qeyd edək ki, sədrliyə namizədliyi irəli sürülən İlhan Cihaner, Tolga Yarman və Aytuğ Atıcı Sədrliyə namizədlik üçün kifayət qədər imza toplaya bilmədikləri üçün Kamal Kılıçdaroğlu CHP sədrliyinə yeganə namizəd olub.

 

 

Sabah da davam edəcək qurultayda partiyanın 60 nəfərlik Məclis üzvü və 15 nəfərlik Yüksək İntizam Qurumuna üzvlər seçiləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR