Burada sizin reklamınız ola bilər

İzləyicisinin mesajı sayəsində xərçəng olduğunu öyrəndi
26 İyul 2020 , 20:44

İzləyicisinin mesajı sayəsində xərçəng olduğunu öyrəndi FOTO


Amerikalı televiziya müxbiri Viktoriya Pris izləyicisinin mesajı sayəsində xərçəng olduğunu öyrənib. 


Primetime.az xəbər verir ki, diqqətli izləyici Viktoriyanın boynundakı şişliyi görərək ona mesaj yazıb: "Boynundakı şişkinlik məni narahat edir. Məncə, sən yoxlanışdan keçməlisən. Mənə öz boynumu xatırladır. Mən yoxlandığım zaman xərçəng diaqnozu qoyulmuşdu. Özünə yaxşı bax". 


Bu mesajdan sonra həkimə müraciət edən Viktoriya həyatının şokunu yaşadı. Belə ki, həkimlər onun çox nadir görülən tiroid xərçənginə tutulduğunu dedilər. Bundan sonra müalicələrə başlayan Viktoriya izləyicisinə təşəkkür etməyi də unutmadı. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR