Burada sizin reklamınız ola bilər

ABŞ əyalətindən tükürpədən koronavirus qərarı:
26 İyul 2020 , 21:40

ABŞ əyalətindən tükürpədən koronavirus qərarı: ölümə tərk ediləcəklər


ABŞ-ın Texsas əyalətinin Starr Kauntri adlı qəsəbəsində yaşama şansı az olan xəstələr müalicə edilməyəcəklər.


Primetime.az xəbər verir ki, qəsəbənin səhiyyə sözcüsü Cose Vaskuez bildirib ki, qəsəbədə sadəcə bir xəstəxana var: "Sadəcə bir xəstəxanamız var və yoluxma faktlarının artması bizi belə bir qərar almağa məcbur edib. Əvvəl vəziyyəti ağır olan xəstələri ətraf əyalətlərdəki xəstəxanalara göndərirdik. Lakin, təəssüf ki, artıq oralarda da xəstəxanalar dolub. Buna görə də bizə kömək edə bilmirlər. Buna görə də düşünürük ki, insanların hansısa uzaq xəstəxanalarda ölməsi deyil, ailəsinin yanında həyatla vidalaşmaları daha məqsədəuyğundur". 


Qeyd edək ki, hazırda qəsəbədə 1519 aktiv xəstə var. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR