Burada sizin reklamınız ola bilər

Skandal qərar: Babur məscidi Hindu məbədinə çevriləcək
27 İyul 2020 , 11:49

Skandal qərar: Babur məscidi Hindu məbədinə çevriləcək


Hindistanda məhkəmə XVI əsrdən qalan Babur məscidinin Hind məbədinə çevrilməsinə qərar verib.

 

Primetime.az xəbər verir ki, Hindistan Baş Naziri Narendra Modinin iştirakı ilə keçiriləcək bir mərasimlə Hindu məbədinin inşaatı başlanacaq. Mərasim isə əhalisinin çox hissəsinin müsəlman olduğu Kəşmirin yarı muxtar vilayət olmasının rədd edilməsinin ilk ildönümü olan 5 avqust tarixində baş tutacaq.

 

Yerli mediada yayılan məlumatlara görə, Modi inşaatın təməli olaraq 40 kiloqram ağırlığında gümüş kərpic qoyacaq. Qanq çayından gələn müqəddəs su və dörd əsas Hindu ziyarətgahından alınan müqəddəs torpaq rituallarda istifadə ediləcək.

 

Qeyd edək ki, Hindistan Ali Məhkəməsi Uttar Pradeş əyalətindəki Ayodhya şəhərində müsəlmanlar və hindular arasında olan Babur məscidi ərazisi ilə bağlı keçirilən məhkəmədə ötən ilin noyabr ayında hinduların lehinə qərar verib.

 

Məhkəmə 1992-ci ildə radikal hindular tərəfindən sökülən Babur məscidinin yerləşdiyi ərazinin bir Hindu məbədi tikmək üçün hindulara verilməsi, bunun müqabilində müsəlmanlara məscid tikməsi üçün 5 hektarlıq başqa torpaq sahəsi ayırmağı qərara alıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR