Burada sizin reklamınız ola bilər

Ülviyyə və Murad cütlüyündən ŞAD XƏBƏR: doğulmamış övladları ilə fotosessiya etdirdilər
27 İyul 2020 , 12:24

Ülviyyə və Murad cütlüyündən ŞAD XƏBƏR: doğulmamış övladları ilə fotosessiya etdirdilər - VİDEO + FOTOLAR


"Doğum günlərimi o qədər də sevmirəm. Çünki hər il etmədiyim işlərimi “birdən çatdırmaram” deyə bir hiss bürüyür canımı. Əlavə olaraq isə 2020 yaxşı başlamadı. Onun ağırlığı da sanki, bir yandan üstümə çöküb. Həssaslıq dönəmimdə hər gün pis xəbərlər oxumaq insanı mənən məhv edir. Buna baxmayaraq, kiçik bir ürək döyüntüsü məni ayaqda saxlayır".

 

Primetime.az xəbər verir ki, bu sözləri ötən gün 30 yaşını qeyd edən aktrisa Ülviyyə Xəlilbəyli şəxsi İnstaqram hesabında yazıb. O, bu yolla tezliklə ana olacağını etiraf edib:

 

"Bütün keçirdiyim çətinliklərə onun sayəsində tab gətirirəm. Qucağıma alacağım günü, onun kiçik əllərinə toxunacağım günü düşünərək özümdə güc toplayıram və ən əsası onu mənə bəxş edən Allahıma şükürlər olsun deyirəm. Ona görə də bu doğum günüm mənim üçün özəldi. Mənə görə xoş dualar edən hər bir izləyicimə minnətdaram. Arzusunda olan bütün xanımlara bunları yaşamaq nəsib olsun.

 

Bu vaxta kimi gözləyib açıqlama verməmişdimsə, bunun da səbəbi var idi. Hörmətlə yanaşan, şəxsimə zorla girməyə cəhd etməyən hər kəsə anlayışından dolayı böyük təşəkkürlərim var”.

 

Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialının çəkilişləri zamanı tanış olub. Onlar 2018-ci ilin sonlarında ailə həyatı qurublar.

 

 

 

 

 

 

 


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR