Burada sizin reklamınız ola bilər

Bəhram Bağırzadə xəstəxanadan
27 İyul 2020 , 14:42

Bəhram Bağırzadə xəstəxanadan GÖRÜNTÜLƏRİNİ PAYLAŞDI


Xəbər verdiyimiz kimi bir aydan çoxdur ki, koronavirus infeksiyası ilə mübarizə aparan Əməkdar artist Bəhram Bağırzadə sağalıb

 

Primetime.az xəbər verir ki, artıq sənətçi bir neçə gündür sosial şəbəkədədə də aktiv paylaşımlar edir. O, bu dəfə xəstəxanadan olan fotoları yayımlayıb. Bəhram sağalmasında ona yaxından kömək olan tibb işçilərini təşəkkürünü bildirib:

 

"Mən həmişə tibbə dərin hörmət bəsləmişəm, çünki həkim biliyə, fədakarlığa və həyatımızın ən çətin anlarında ağrılarımızın bir hissəsini bölüşmək və öz üzərinə götürmək və xəstəliklərimizə şəfa vermək üçün böyük istəyə malik olan insan ruhunun inkişafının ən yüksək səviyyəsidir. Qarşınızda baş əyirəm, qiymətsiz Azərbaycan Qəhrəmanları!"

 

 Aktyorun xeyli çəki atması diqqətdən qaçmayıb.

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR