Burada sizin reklamınız ola bilər

Velosipedçimiz Ukraynada çempion oldu
27 İyul 2020 , 21:02

Velosipedçimiz Ukraynada çempion oldu


Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, Tokio Yay Olimpiya Oyunlarında qrup ötüşməsində çıxış edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, Əsədov həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutub.

 

Beləliklə, o, iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR