Burada sizin reklamınız ola bilər


27 İyul 2020 , 23:27

"Atam evindən soyuducudan uşaqlarım üçün ət oğurlayırdım"


Əməkdar artist Mətanət İsgəndərli "Həyat, sevgi və göz yaşları" proqramında qonaq olub.

 

Primetime.az xəbər verir ki, mərhum həyat yoldaşından söz açan müğənni ailə həyatının heç də asan olmadığını bildirib:

 

"Yoldaşım çox ailəcanlı idi, ölürdü bizim üçün. Bizim evimiz olsaydı, ayrılmazdıq. Evdə qayınana, baldızlar qalırdıq. Kənardan qohumlar da gəlib müdaxilə edirdilər. Elə bil ki, düşmən qızıyam. 18 yaşım var idi, uşaq idim. Dedim, gedək mənimlə, dedi olmaz.

 

O vaxt qayınana evində qalmağı kişilər özlərinə sığışdırmırdılar. Kirayədə qalmaq belə ayıb idi. Kaş düşərdim ayaqlarına, deyərdim, gəl mənimlə gedək. Üç-dörd il keçsəydi, bəlkə barışardıq. Amma o, üç il sonra evləndi. Atam evinə də gedə bilmirdim, qoymurdular. Deyirdilər, ər evinə getmisənsə, orada qalmalısan. Deyə bilmirdim ki, acından, dərtdən gəlirəm. Atam evindən soyuducudan uşaqlarım üçün ət oğurlayırdım".

 

M.İsgəndərli həyat yoldaşının onun hər dəfə döydüyünü etiraf edib:

 

"Bacım hər dəfə gəlirdi məni danlayırdı ki, niyə oturmusan burada? Gəlirdi ki, gözüm partdıyıb, ağzım nə boyda... Yoldaşımı qınamıram, hər şeyi halal etmişəm. Cavan idi, qulağını doldururdular. Heç kimə gücü çatmırdı, bütün hirsini mənə tökürdü. Məni balası kimi istəyirdi, hirslənəndə hamının heyfini məndən alırdı. Təranə bacım ən pis vəziyyətimdə yanımda olurdu.

 

Bir gün ərim məni döyəndə beşiyi vurdu, gedib Kərimin (oğlu - red.) gözünə dəydi. Ondan sonra dedim ki, daha bəsdir. Kərimi götürüb yağışlı bir gündə palçığın içində elə qaçırdım ki...".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR