Burada sizin reklamınız ola bilər

Azərbaycan beş ayda 426 ton qarpız idxal edib
28 İyul 2020 , 17:54

Azərbaycan beş ayda 426 ton qarpız idxal edib


Azərbaycan bu ilin ilk beş ayı ərzində 279,83 min ABŞ dolları dəyərində 440,35 ton qarpız idxal edib.

 

Primetime.az-ın Dövlət Statistika Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, ölkəyə ən çox qarpız İrandan idxal olunub. Hesabat dövründə bu ölkədən Azərbaycana 267,38 min dollar dəyərində 426,07 ton qarpız idxal olunub.

 

Digər idxalçılar - Braziliya və Kosta-Rikanın ölkənin qarpız idxalındakı payı cüzi olub. Belə ki, Braziliyadan Azərbaycana 9,69 min dollar dəyərində 11,03 ton, Kosta-Rikadan isə 2,77 min dollar dəyərində 3,25 ton qarpız idxal olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR