Burada sizin reklamınız ola bilər

Naxçıvanda sahibkarların kreditləşməsi 50%-dən çox artıb
29 İyul 2020 , 12:42

Naxçıvanda sahibkarların kreditləşməsi 50%-dən çox artıb


Bu ilin I yarısında Naxçıvan MR-da sahibkarlara 18,9 milyon manat kredit verilib.

 

Primetime.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon manat və yaxud 50,2% çoxdur.

 

Kreditin 11,3 milyon manatı yeni istehsal sahələrinin yaradılmasına və yaxud genişləndirilməsinə verilib ki, bu da illik müqayisədə 5,5 mlilyon manat və yaxud 96,6%çoxdur.

 

Bu müddət ərzində 7,5 milyon manat isə fərdi sahibkarlığın inkişafına sərf olunub ki, bu da ötən ilin yarımillik göstəriciləri ilə müqayisədə 736,8 min manat və yaxud 10,8%çoxdur.

 

Bu dövrdə muxtar respublikada 22 hüquqi və 1 223 fiziki şəxs qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslərin qeydiyyat sayında 2 vahid artım var. Fiziki şəxslərin qeydiyyat sayında isə 1 104 vahid və yaxud 47,4% azalma var. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR